Accessibility links

İsrail ordusu tərəfindən 4 Həmas yaraqlısı öldürülüb


Fələstin səhiyyə işçilərinin bildirdiyinə görə, Qəzza ilə İsrail sərhəddində baş verən qarşıdurma zamanı İsrail hərbi qüvvələri tətəfindən 4 Həmas yaraqlısı öldürülüb. İsrail hərbi rəsmiləri atışmanın yaraqlıların Xan Yunis yaşayış məntəqəsi yaxınlığındakı sərhəddə partlayıcı qurğu yerləşdirərkən baş verdiyini deyirlər. İsrail tərəf eləcə də yaraqlıların İsrailin cənubuna minomyotlardan atəş açdıqlarını deyir. Fələstinlilər isə atışmanın İsrail hərbçilərinin Həmasın nəzarəti altında olan Qəzza Zolağına daxil olduqlarına görə baş verdiyini deyirlər. Qeyd edək ki, bu qarşıdurma Misrin vasitəçiliyi ilə iyun ayında İsraillə Fələstin arasında atəşkəs barədə əldə edilən razılığa təhlükədir.

XS
SM
MD
LG