Accessibility links

R.Qeyts: "Rusiyanın təhdidləri yeni prezidentə yönəlib"


ABŞ müdafiə naziri Robert Qeytsin sözlərinə görə, Rusiyanın ABŞ-ın raketlərdən müdafiə planına cavab olaraq Polşa sərhədlərində taktik raketlər yerləşdirmək təhdidləri ABŞ-ın yeni prezidentinə yönəlib. Cənab Qeyts bu gün NATO müdafiə nazirlərinin ukraynalı həmkarı ilə Estoniyada qeyri-rəsmi görüşündən sonra açıqlama verib. O deyib ki, Rusiya prezidenti Dmitri Medvedevin keçən həftəki təhdidləri ABŞ prezident seçkiləri başa çatandan bir neçə saat sonra səslənmişdi. O, təhdidləri təhrikedici adlandırıb. Cənab Qeyts NATO toplantısına Qərblə yaxın əlaqələr qurduğuna görə Moskvanın təzyiqinə məruz qalan avropalı müttəfiqlərinə ABŞ-ın dəstəyini göstərmək üçün qatılıb. Qeyd edək ki, Birləşmiş Ştatlar Polşada 10 raket tutan qurğu və Çex Respublikasında radar yerləçdirmək istəyir.

XS
SM
MD
LG