Accessibility links

Barak Obama Hillari Klintonun dövlət katibi vəzifəsinə təyini məsələsini nəzərdən keçirir


Birləşmiş Ştatların xəbər agentlikləri yenicə prezident seçilmiş Barak Obamanın senator Hillari Klintonun dövlət katibi vəzifəsinə təyin edilməsi məsələsini nəzərdən keçirdiyini bildirirlər. Keçən həftə növbəti prezidentin keçid komandasına istinadən yayıldığı deyilən şaiələrə görə, Barak Obamanın dövlət katibi vəzifəsinə təyin edə biləcəyi adamların arasında keçmiş birinci xanım Hillari Klintonun da adı var idi. Xanım Kilintonun sözçüsü keçən həftə müxbirlərə demişdi ki, kabinetə təyinatlarla bağlı şaiələr barədə keçit komandası şərh verməlidir. Xanım klinton da bazar ertəsi müxbirlərə deyib ki, o, Bilrəşmiş Ştatların senatoru olmasından məmnundur və yeni prezidentlə yaxşı tərəfdaş olmaq istəyərdi.

XS
SM
MD
LG