Accessibility links

Dünya liderləri Vaşinqtonda toplaşır


Avropa Birliyi rəsmiləri deyir ki, hazırda avronu öz valyutası kimi istfadə edən 15 dövlətin hamısı tənəzzül yaşayır. Bu məlumat qlobal maliyyə böhranının müzakirəsi üçün dünya liderlərinin Vaşinqton toplantısının başlamasına təsadüf edir. Birlikdən verilən məlumata görə, avronun əhatə etdiyi zonada iqtisadi artım bundan əvvəlki rübdə olduğu kimi 3-cü rübdə də 0,2 faiz azalıb. Hazırda bu zonada Almaniya və İtaliya da İspaniya və İrlandiya kimi tənəzzül yaşayır. Ancaq Fransa bu gün açıqlayıb ki, 3-cü rübdə azacıq iqtisadi artıma nail ola bilib. Honq Konq da 3-cü rübdə tənəzzüllə üzləşdiyini bildirib. ABŞ Mərkəzi Bankının rəhbəri Ben Bernanke deyir ki, qlobal maliyyə sistemi böyük təzyiq altındadır. Onun sözlərinə görə, bütün dünyadakı Mərkəzi Bankların rəsmiləri hadisələri yaxından izləyir və lazım gələrsə əlavə addımlar atmağa hazırdırlar.

XS
SM
MD
LG