Accessibility links

Peşəvər yaxınlığındakı hücumları ABŞ-ın həyata keçirdiyi deyilr


Pakistan rəsmilərinin və şahidlərin dediyklərinə görə, ABŞ-a məxsus olmasından şübhələnilən raketlərlə Əfqanıstanla sərhəddə, qəbilələrin yaşadığı regiondakı Peşəvər şəhəri yaxınlığına edilən hücum zamanı Yapon jurnalisti və onun Əfqan həmkarı da daxil edilməklə, 12 nəfər ölüb. Birləşmiş Ştatlara məxsus pilotsuz təyyarələrdən atıldığından şübhələnilən raketlərin Şimali Vəziristandakı Əl-Qaidənin hədəflərini nişan aldığı, ölənlərin isə əsasən xarici yarqlılar olduğu deyilir. Pakistanın Əfqanıstanla sərhəddində yerləşən qəbilələrin yaşadığı bu regiondakı yaraqlıların Əl-Qaidə və Talibanla əlaqəsi olduğu və sərhəddin hər iki tətəfində hücumlar həyata keçirdikləri bildirilir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Maykl Hayden dünən Vaşinqtondakı çıxışı zamanı Pakistandan danışarkən, bu regiondakı terrorizmin ABŞ-a qarşı təhlükə olduğunu deyib. Xatırladaq ki, Afqanıstanda NATO və ABŞ hədəflərinə qarşı hücumların qarşısının alınması məqsədilə bu yaxınlarda da ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan sərhəddində yaraqlılara qarşı raket hücumlarının artdığı xəbər verilmişdi. Pakistan rəsmiləri isə belə hücumlara qarşı çıxaraq, yaraqlılardan çox mülki vətəndaşların qətlə yetirildiyini deyirlər.

XS
SM
MD
LG