Accessibility links

Avropa liderləri Bakı Bəyannaməsi imzaladılar


Bakıdan gələn məlumatlara görə, bir sıra Avropa dövlətləri və Amerikanın dəstəyi ilə bu gün Azərbaycan paytaxtında keçirilən 4-cü beynəlxalq Enerji Sammitində 22 dövlətin prezidenti və rəsmiləri iştirak edib.

Sammitdə əsas müzakirə mövzusu Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə neft və qaz nəqlinin alternativ variantlarını nəzərdən keçirmək olub. Rəsmilərin sözlərinə görə, bu sammit digərlərindən onunla fərqlənir ki, burada artıq yeni Şərq-Qərb enerji dəhlizi barədə prinsipial razılıqlar müzakirə edilir.

Sammit Bakı bəyannaməsinin imzalanması ilə başa çatıb. Sənədə qoşulanlar arasında Avropa Birliyinin 9 dövləti olub. Bəyannamədə Odessa-Brodı neft kəmərinə dəstək ifadə olunur. Bu sammitdən sonra Avropa ölkələrindən birində növbəti belə sammitin keçirilməsi nəzərədə tutulur.

Bu arada Azərbaycanla Qazaxıstan arasında "Transxəzər" nəqletmə sisteminin yaradılması barədə saziş imzalanıb. Qazaxstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazralarına çıxarılmasını nəzərdə tutan bu sistem Qazaxıstanın Kaşaqan yatağından nefti qərb istiqamətində nəql edəcək.

XS
SM
MD
LG