Accessibility links

BVF Pakistana kredit verəcək


Pakistanın Maliyyə Naziri bildirib ki, iqtisadiyyatını sabitləşdirmək üçün Beynəlxalq Valyuta Fondu ona 6 milyard 700 milyon dollar məbləğində kredit verməyə razılaşıb. Pakistanın iqtisadiyyat sahəsindəki baş müşaviri Şövkət Tarin deyir ki, bu kredit Pakistana xarici borclarını ödəməyə yardım edəcək. O, Kəraçidə müxbirlərə bildirib ki, gələn həftə Pakistan kredit üçün rəsmən Beynəlxalq Valyuta Fonduna müraciət edəcək, lakin artıq fond Pakistana kredit buraxmağa razılıq verib.
XS
SM
MD
LG