Accessibility links

Tayvanın sabiq birinci xanımı korrupsiyada ittiham olunur


Tayvan prokurorları korrupsiya üzrə istintaqın gedişatında həbs edilmiş sabiq prezident Çen Şuy-bianın həyat yoldaşını dindiriblər. İttihamçılar Vu Şu-çeni bu gün sabiq prezidentin ötən Çərşənbə həbsinə yol açan ittihamlarla bağlı sorğu-suala tutublar. Əlil arabasında gəzən sabiq birinci xanım 2 il bundan öncə xüsusi prezident fondundan pul mənimsəməkdə ittiham olunmuşdu. Rəsmilər cənab Çeni pul mənimsədiyinə və rüşvət aldığına görə həbs ediblər. O, ittihamları rədd edir və artıq 4 gündür ki, aclıq elan edib. Cənab Çen ona qarşı rəsmi ittiham irəli sürülməzdən əvvəl 4 ay müddətinə həbsdə saxlanıla bilər. Çen Şuy-bian Avqust ayında seçki kampaniyası üçün aldığı pulun miqdarını tam açıqlamadığını etiraf etmişdi.
XS
SM
MD
LG