Accessibility links

Vaşinqtonda iyirmiliyin sammiti başlayıb


ABŞ Prezidenti Corc Buş deyir ki, qlobal maliyyə böhranını həll etmək üçün Vaşinqtonda keçirilən sammitə toplaşan dünya liderləri açıq bazarların və azad ticarətin mühümlüyünü təsdiq ediblər. Cənab Buş bu gün iyirmiliyin görüşündə giriş nitqi ilə çıxış edib. Prezident bildirib ki, dünən axşam qeyri-formal danışıqlarda müəyyən irəliləyiş əldə edilib, lakin qarşıda görüləsi çox iş var. Dünyanın aparıcı sənaye dövlətlərinin və iqtisadiyyarlarının liderləri bu gün qlobal tənəzzülün qarşısını almağa yönəlmiş sammitdə iştirak edirlər. Cənab Buş liderləri dünən Ağ Evdə nahar ziyafətinə dəvət edib. Dünya liderləri hazırda bazarların nizamlanması ilə bağlı məsələləri müzakirə edirlər.
XS
SM
MD
LG