Accessibility links

Obama üç yeni təyinatını açıqlayıb


ABŞ-ın növbəti Prezidenti Barak Obama Ağ Evə 3 yeni müşavir təyin edib. Cənab Obamanın keçid komandası Valeri Carrett, Fil Şiliro və Ron Kleynin Ağ Evdə işləyəcəklərini açıqlayıb. Bu arada cənab Obamanın bir vaxtlar prezidenlitk uğrunda Demokrat praymerizdə rəqibləri olmuş iki şəxsin dövlət katibi vəzifəsinə namizədliklərini nəzərdən keçirdiyi bildirilir. Demokrat rəsmilər bu həftə Barak Obamanın Nyu York Senatoru Hillari Klinton və Nyu Meksiko qubernatoru Bill Riçardsonla görüşdüyünü xəbər verir.
XS
SM
MD
LG