Accessibility links

Rusiyada yeni siyasi qrup yaranıb


Rusiyanın 3 müxalif partiyası Kreml yönümlü yeni siyasi qrup yaradıb. Müxalifət düşərgəsinin digər üzvləri isə bunu Rusiyada demokratiyanın idarə olunması üçün hökumətin strategiyası kimi qiymətləndirirlər. Digər 2 sağ-qanad partiyanın dağılmasından sonra “Düzgün iş” adlanan yeni partiyanın nümayəndələri bu gün Moskvada təsis iclası çağırıblar. Yeni qrupa daxil olan “Vətəndaş güvvələri”, “Sağ Qüvvələrin Birliyi” və Demokrat partiyalarının heç birinin hazırkı qanunverici orqanda təmsilçisi yoxdur.

Yeni partiyanın liderləri bəyan ediblər ki, onlar Kremllə əməkdaşlıq etmədən fəaliyyətlərini davam etdirə bilməzlər. Prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin dəfələrlə onların təbirincə, Rusiyada bir neçə partiyalı demokratiyaya çağırıb. Cənab Medvedev bu ayın əvvəlində parlamentdə daha çox kiçik partiya nümayəndəsinə yer veriləcəyini vəd edib.

XS
SM
MD
LG