Accessibility links

Dünya liderləri gələcəkdə maliyyə böhranlarının qarşısını almaq üçün təkliflər irəli sürüblər


Dünyanın sənayesi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin liderləri maliyyə bazarlarının gələcəkdə daha da zəifləməsinin qarşısını almaq üçün prinsiplər paketi üzrə razılıq əldə ediblər.

G-20 ölkələrinin liderləri Vaşinqtonda şənbə günü zirvə görüşündə maliyyə sistemini sabitləşdirmək üçün gələcəkdə atılması lazım olan bütün addımları müzakirə ediblər. Onlar maliyyə bazarını gücləndirməyə, investorların inamını bərpa etməyə və istehlakçıları qorumağa söz veriblər.

Sammitdən sonra verilmiş bəyanatda ayrı-ayrı hökumətlərdən iqtisadi stimullaşdırma paketlərinin hazırlanması istənilir. Bəyanatda habelə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanaraq, informasiyanın daha geniş bölüşdürülməsinə çağırılır.

XS
SM
MD
LG