Accessibility links

Kəşmirdə körpü dağılıb


Hindistanın nəzarətində olan Kəşmirin polis rəsmilərinin bildirdiyinə görə, buzlu Himalay çayı üzərində olan körpünün dağılması nəticəsində 4 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb. Uri şəhəri yaxınlığında inşası davam edən körpü bu gün səhər dağılıb. Uri Kəşmirin əsas şəhəri Srinaqardan yüz kilometr aralıda yerləşir. Mənbəyi Hindistanda olan bu çay qonşu Pakistana axır və iki ölkənin de-fakto sərhədinin yaxınlığından keçir. Xilasetmə qrupunun üzvləri itkin düşənləri və həlak olanların cəsədlərini axtarırlar. Rəsmilər deyir ki, qurbanların çoxu körpünün insaşında çalışan işçilər olub. Dağıntının səbəbi hələlik bəlli deyil.

XS
SM
MD
LG