Accessibility links

Henri Kissincer: "Hilari Klinton yeni administrasiyada ən yüksək diplomatik vəzifəni layiqincə yerinə yetirə bilər"


ABŞ -ın keçmiş Dövlət katibi Henri Kissincer deyib ki, senator Hilari Klinton Birləşmiş Ştatların yeni administrasiyasında ən yüksək diplomatik vəzifəni olduqca layiqli şəkildə yerinə yetirə bilər. Dehlidə Dünya İqtisadi forumunda danışan Kissincer Klnitonun qabiliyyətləri haqda yüksək fikir söyləyərək, onun dərin zəkaya malik siyasətçi olduğunu deyib.

Henri Kissencer bu açıqlamaları Vaşinqtonun siyasi dairələrində ABŞ prezidenti seçilmiş Barak Obamanın Klintonu yeni hökumətdə Dövlət katibi vəzifəsinə nəzərdə tutduğuna dair söhbətlərin dolaşdığı vaxt verir.

Kissincer deyib ki, cənab Obama Klintonu seçsə, öz tərəfindən böyük cəsarət nümayiş etdirəcək, belə ki, xanım Klinton onun keçmiş rəqibi və müstəqil baxışlı şəxsiyyətdir.

Cənab Obama rəsmən vəzifəsinin icrasına 2009-cu il yanvar ayının 20-də başlayacaq. Onun kabinetə namizədlərin adlarını bundan əvvəl açıqlayacağı gözlənilir.

XS
SM
MD
LG