Accessibility links

Ehud Olmert 250 fələstinli məhbusun azad ediləcəyini bildirib


Israilin bildirdiyinə görə Fələstin prezidenti Mahmud Abbasa doğru xoşməramlı addım kimi 250 fələsinli həbsdən azad ediləcək. İsrailin baş naziri Ehud Omert bu barədə bəyanatı bu gün Qüdsdə cənab Abbasla görüşü zamanı verib. Rəsmilər fələstinli məhbusların gələn ay, müsəlman bayramı ərəfəsində azad ediləcəklərini bildirirlər. Cənab Olmert İordan Çayının Qərb sahilindəki Fatah fraksiyasına başçılıq edən Mahmud Abbasla sülh danışıqlarını davam etdirməyə çalışır. Bu arada isə xəbər verilir ki, dünən İsrail ordusunun Qəzza Zolağına hava hücumu zamanı İsrail ərazilərinə qumbara hücumları həyata keçirən 4 fələstinli yaraqlı öldürülüb.

XS
SM
MD
LG