Accessibility links

Citibank dünya boyu işçi qüvvəsini 14% azaltdığını bildirib


Tənəzzüldə olan qlobal iqtisadiyyat ABŞ-ın 4-cü ən iri bankı olan Citibankı dünya boyu 50 000 iş yerini ixtisara salmağa vadar edib. Bank nəhəngi bu gün işçi qüvvəsini 14% azaltdığını açıqlayıb. Bu arada Yaponiya iqtisadiyyatının rəsmən gerilədiyi təsdiq olunub. Dünyanın ikinci ən iri iqtisadiyyatı olan yapon iqtisadiyyatı sentyabrda bitən kvartal ərzində 0.1% kiçilib.

Beynəlxalq Valyuta Fondu çətinliklərlə üzləşən dövlətlərə yardım üçün növbəti 6 ayda ona 100 miolyard dollar lazım gələcəyini bildirib. Vaşinqtonda isə ABŞ Senatı dünya iqtisadiyyatında aparıcı faktor olan Amerika avtomobil sənayesinə yardım paketini nəzərədən keçirəcək.

XS
SM
MD
LG