Accessibility links

BMT İsraildən Qəzzanın blokadasını dayandırmağı tələb edir


BMT-nin İnsan Hüquqları üzrə yüksək səviyyəli nümayəndəsi Navi Pillay İsraili təcili olaraq Qəzzanın əsas yardım daşınan yollarını açmağa şağırıb. O, Qəzzadakı insanların vəziyyətinin ağır olduğunu və insanların humanitar yardıma ehtiyacı olduqlarını deyib. Qeyd edək ki, İsrail Fələstin yaraqlılarının onun ərazilərini raket hücumlarına məruz qoyduqları üçün bütün Qəzza boyu sərhəddi bağlayıb. Dünən yaraqlılar tərəfindən İsrailin cənubuna azı 6 raket atılıb. Bu gün isə xəbər verilir ki, iyun ayında İsraillə Həmas arasında atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, İsrail tankları Qəzza Zolağına daxil olublar. Şahidlər bildirir ki, tanklar Qəzza sərhədini keçərək Rafah şəhərinə doğru irəliləyiblər.

XS
SM
MD
LG