Accessibility links

Piratlar Sirius Starı oğurladılar


Səudiyyə Ərəbistanının 100 milyon dollar dəyərində yanacaqla dolu tankeri - Sirius Star Somali piratları tərəfindən qaçırılıb. Şahidlərin dediyinə görə, nəhəng gəmi Somalinin paytaxtından təxminən 300 kilometrlik aralıda, Harardərə şəhərindəki limanda, dayanıbmış. Bura isə piratların istehkamından uzaqdır.

Sirius Starın sahibi deyir ki, göyərtədəki 25 ekipaj üzvündən heç biri xəsarət almayıb. Somali piratları şənbə günü də təxminən öz istehkamlarından 800 kilometr məsafədə - Kenya sahillərində bir gəmini qaçırmışdılar.

Birləşmiş Ştatların Birgə Qərargahlar rəisi admiral Maikl Mullen piratların bu cün hərəktlərindən məyus olduğunu bildirib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Saud Əl-Faysal isə Sirius Starın qaçırılmasını “biabırçı akt” adlandırıb.

XS
SM
MD
LG