Accessibility links

Britaniyanın yüksək səviyyəli rəsmisi Suriyada səfərdədir


Britaniya hökumətinin xarici məsələlər üzrə katibi Devid Miliband Suriya prezidenti Bəşir Əl-Əssdlə danışıqlar aparmaq məqsədi ilə bu ölkədə səfərdədir. Bu, Britaniya rəsmisinin son yeddi ildə Suriyaya ilk rəsmi səfəridir. Qeyd edək ki, Dəməşq qonşusu Livanın daxili işlərinə qarışdığına və İrana arxalanan Hezbullah qrupu da daxil edilməklə, oradakı yaraqlıları dəstəklədiyinə görə dünya ictimaiyyətinin tənqidləri ilə üzləşir. Suriya xarici yaraqlıların qonşusu İraqa keçməsinin qarşısını almadığına görə də tənqidlərə məruz qalıb.

Bu məsələləri müzakirə etmək üçün Dəməşqə səfər edən Britaniyanın xarici məsələlər üzrə katibi Miliband Syriyanın bəzi məsələlərdə mövqeyini dəyişəcəyinə ümid etdiyini deyir. İsrail prezidenti Şimon Peres isə Britaniya radiosuna verdiyi müsahibəsində Suriyanı təcili olaraq Livandakı Hezbullah qrupuna dəstəyini dayandırmağa çağırıb.

XS
SM
MD
LG