Accessibility links

Arizona ştatının qubernatoru ABŞ Daxili Təhlükəsizlik nazirliyinin yeni rəhbəridir


Demokrat mənbələrin məlumatına görə, ABŞ-ın növbəti prezidenti Barak Obama Daxili Təhlükəsizlik nazirliyinin rəhbəri vəzifəsinə Arizona qubernatoru Canet Napolitanonu seçib. Napolitano sərhəd ştatına rəhbərlik edir, onun immiqrasiya və təhlükəsizliklə bağlı fəaliyyətləri alqışlanır. Demokrat rəsmilər habelə deyirlər ki, cənab Obamanın Səhiyyə və Humanitar Xidmətlər Departamentinə rəhbər seçdiyi sabiq Senat çoxluq lideri Tom Dəşl kabinet postunu qəbul edib. Obama keçid komandası məlumatı təsdiqləməyib, lakin bildiriblər ki, cənubi dakotalı demokrat tibb xidmətləri üzrə müşavirlərə başçılıq edəcək. Dəşl ABŞ-ın səhiyyə xidmətləri haqda kitab yazıb və o, cənab Obamanın erkən tərəfdarları sırasında olub. Bu arada Senator Hillari Klintonun ABŞ-ın növbəti dövlət katibi olacağı haqda spekulyasiyalar dolaşır.
XS
SM
MD
LG