Accessibility links

Kanadada müdafiə konfransı keçirilir


ABŞ müdafiə naziri Robert Qeyts Əfqanıstanda pisləşən təhlükəsizlik vəziyyətini qaydaya salmaq planları barədə müzakirələr aparmaq üçün NATO müttəfiqləri ilə görüşür. Kanadada iki günlük müdafiə liderləri konfrasında olan cənab Qeyts Əfqanıstanda qoşunları yerləşdirilən digər 7 dövlətin nazirləri ilə danışıqlar aparır. Birləşmiş Ştatlar Əfqanıstandakı strategiyasını nəzərdən keçirir. Son aylar ölkədə Taliban yaraqlıların sayı kəskin şəkildə artıb. ABŞ ilin sonuna kimi Əfqanıstana əlavə 3500 qoşunun göndərilməsini planlaşdırır. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının 15 dövlətinin nümayəndələrindən ibarət fakt-araşdırıcı missiya bu gün Əfqanıstana gedir. Səfər bir həftə davam edəcək. Rəsmilər deyir ki, BMT missiyası yenidənqurma işlərində hökumətə və əfqan əhaliyə dəstəyini ifadə edəcək .

XS
SM
MD
LG