Accessibility links

Axtarışda olan yaraqlı Pakistanda öldürülüb


Pakistanın kəşfiyyat rəsmiləri deyir ki, ABŞ tərəfindən həyata keçirildiyi ehtimal olunan raket hücumu axtarışda olan yaraqlının həyatına son qoyub. Bu yaraqlı 2006-cı ildə Böyük Britaniyanın transatlantik hava limanında keçirilməsi planlaşdırılan terror aktı ilə birbaşa bağlı idi. Rəsmilərin sözlərinə görə, Rəşid Rauf bu gün raket hücumu zamanı həlak olan 5 yaraqlı arasında olub. Onlar deyir ki, Əl-Qaidənin bir misirli əməliyyatçısının da həlak olduğu ehtimal edilir. Qərb rəsmilərinin sözlərinə görə, Rauf maye partlayıcılardan istifadə etməklə Britaniya – ABŞ reyslərində partlayış həyata keçirmək planlarında başlıca rol oynayıb. O, 2007-ci ilin dekabrında Pakistan hüquq-mühafizəçilərinin əlindən qaçmağa müvəffəq olmuşdu. Pakistan rəsmiləri deyir ki, ABŞ-ın pilotsuz idarə olunan qırıcı təyyarələri yaraqlıların Şimali Vəziristandakı sığınacaqlarını hədəf almışdı.

XS
SM
MD
LG