Accessibility links

İranda İsrailin xeyrinə casusluqda ittiham olunmuş biznesmen edam edilib


İran rəsmiləri bildirirlər ki, İsrailin xeyrinə casusluq etməkdə günahkar tanınan Əli Aştari asılmaqla edam olunub. Məhkəmənin bəyanatında qeyd edilib ki, Əli Aştari noyabrın 17-də edam olunub.

İranın inqilab məhkəməsi 45 yaşlı biznesmen Əli Aştarini iyunda ayında edam cəzasına məhkum etmişdi. Məhkəmə onu İsrailin kəşfiyyat agentini rəbitə və gizli ləvazımatla təmin etməkdə ittiham edərək edam cəzasına məhkum etmişdi.

XS
SM
MD
LG