Accessibility links

Venesuelada seçkilər keçirilir


Venesuelalılar bu gün ştat və bələdiyyə seçkilərində səs verirlər. Bu səsvermə Prezident Uqo Çavezin hakimiyyəti üçün ciddi sınaq hesab olunur. Cənab Çavez deyir ki, sosializm qurmaq üçün onun müttəfiqlərinin qalib gəlməsi vacibdir. O, müxalifət qələbə qazandığı yerlərə maliyyə vəsaitlərini kəsmək və hətta küçələrə tanklar çıxarmaqla hədələyib. Bir il bundan öncə cənab Çavez ona qeryi-müəyyən müddətə seçilmək hüququ verməyi təsbit edən referendumda məğlub olmuşdu. 4 il bundan öncə keçirilən yerli seçkilərdə Çavezs və onun müttəfiqləri 22 ştatdan 20-ni ələ keçirmişdilər. Lakin müşahidəçilər yüksək cinayət, inflyasiya və korrupsiyanı nəzərə alaraq indiki seçkilərdə nəticələrin fərqli olacağını güman edir.
XS
SM
MD
LG