Accessibility links

Mixeil Saakaşvilinin korteji yaxınlığında atəş səsləri eşidilib


Gürcüstan rəsmiləri xəbər verur ki, prezident Mixeil Saakaşvili və onun polşalı həmkar Lex Kaçinskinin maşın karvanı yaxınlığında atəş səsləri eşidilib. Cənubi Osetiya ilə həmsərhəd ərazidə - heç kimin xəsarət almadığı insidentə görə Saakaşvili rus qoşunlarını günahlandırıb. Bu arada Gürcüstan parlamentinin keçmiş sədri, tanınmış müxalifət lideri Nino Burcanadze prezident Mixeil Saakaşvili hökumətinə müxalif yeni siyasi partiyanı təşkil etdiyini bildirib. Vaxtikən prezident Saakaşvilinin yaxın müttəfiqi olan Nino Burcanadze Tbilisidə 2 mindən çox tərəfdarları qarşısında etdiyi çıxışında yeni rəsmilərin iş başına gəlmək üçün erkən seçkilərin keçirilməsinə səsləyib. O, həmçinin Saakaşvilini avqust ayında Gürcüstanı Rusiya ilə münaqişəyə cəlb etməkdə təqsirləndirib. Tənqidçilər də cənab Saakaşvilini Rusiyapərəst Cənubi Osetyaya qarşı hərbi əməliyyatlara başlamaqda qınayırlar.

XS
SM
MD
LG