Accessibility links

Britaniya Irana qarşı iqtisadi təzyiqlərə çağırır


Britaniyanın baş diplomatı İranın nüvə proqramının bütün dünya üçün birbaşa hədə doğurduğunu bəyan edib.

Xarici işlər naziri Deyvid Miliband bu gün Birləşmiş Ərəb Əmirliklərində keçirilən konfransın liderlərini İranın beynəlxalq təhlükəsizliyə yarada biləcəyi hədəyə “iqtisadi təzyiqlə” cavab verməyə çağırıb.

Miliband deyib ki, iqtisadi təzyiq Tehranı hərbi qərarlardan daşındıra bilər. İran xarici işlər nazirliyinin sözçüsü Həsən Qaşqavi isə Milibandın şərhlərini rədd edib. O, deyib ki, İsrail sülhə daha böyük təhlükə yaradır.

XS
SM
MD
LG