Accessibility links

Livan prezidenti Mişel Süleyman Irandadır


İranda səfərdə olan Livan prezidenti Mişel Süleymanın Livandakı Hezbullah qrupunun fəaliyyətlərini müzakirə edəcəyi gözlənilir. İrana iki günlük səfəri ərəfəsində cənab Süleyman İran lideri Mahmud Əhmədinejadla görüşəcək. Prezidentlər eləcə də İsrail-Fələstin sülh prosesini, siyasi və iqtisadi məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Hezbullah Livan hökumətinin tərksilah olmaq tələbini rədd edir. Birləşmiş Ştatlar və digər ölkələr İran və Suriyanın Hezbullah terrorçu qrupunu dəstəklədiyini deyirlər. Lakin bu ölkələr yaraqlı qrupu slahla təmin etdikləri barədə ittihamları rədd edirlər.

XS
SM
MD
LG