Accessibility links

Corc Buş: `Nəhəng bankların xilası üçün xüsusi paket haqda qərar verilə bilər`


ABŞ prezidenti Corc Buş deyib ki, hökumət gələcəkdə maliyyə sistemini qorumaq məqsədilə Citigroup kimi nəhəng bankları xilas etmək üçün xüsusi paket ayırmaq haqda qərarlar verə bilər. Cənab Buş bü gün müxbirlərə deyib ki, o, Citigroup şirkəti üçün xilas planını prezident seçilmiş Barak Obama ilə müzakirə edib. Prezident Buş hakimiyyətə gələcək lideri böyük qərarlarla bağlı məlumatlandırmağa davam edəcəyini bildirib. Cənab Buş bu açıqlamaları Vaşinqtonda Maliyyə naziri Henri Polsonla görüşdən sonra verib.

ABŞ hökuməti Citigroup-un 360 milyard dollarlıq riskli kretləri və qiymətli kağızlarına qarantiya vermək haqda qərar verib. Xilas paketində Citigroup-a aksiyalarını sabitləşdirmək üçün əlavə 20 milyar dollar ayrılması nəzərdə tutulur. Keçən həftə şirkətin aksiyalarını öz dəyərini 60 fazi itirmişdir. Bunun müqabilində hökumət kampaniyada pay alacaq. Citigroup dünyanın 100-dən çox ölkəsində əməliyyatlar aparır. Maliyyə ekspertləri xəbərdarlıq ediblər ki, şirkətin süqutu onsuz da tənəzzüldə olan qlobal iqtisadiyyata ciddi zərbə endirə bilər.

XS
SM
MD
LG