Accessibility links

Edvard Nalbandyan Istanbulda


Ermənistanın xarici işlər naziri Türkiyəni onun ölkəsi ilə sərhəd qapılarını şərtsiz açmağa çağırıb. Edvard Nalbandyan bu gün İstanbulda jurnalistlərə deyib ki, sərhədlərin açılması hər iki xalqın maraqlarına uyğun olardı.

Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə bu ölkənin Azərbaycanla müharibəsinə etiraz əlaməti olaraq bağlayıb.

Lakin bu ilin sentyabr ayında Türkiyə prezidenti Abdulla Gülün Yerevana səfərindən sonra iki ölkənin münasibətlərində yaxınlaşma hiss olunur.

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində İstanbula gedən Nalbandyan onu da bəyan edib ki, onun ölkəsi Ankara ilə münasibətlərin yaxşılaşmasını arzu edir.

Türkiyənin rəsmi “Anadolu” agentliyinin məlumatına görə, bu gün Nalbandyanın türkiyəli həmkarı Əli Babacanla görüşü zamanı Abdulla Gülün İrəvana səfərindən sonra iki ölkə arasında münasibtələrin normallaşması yolları müzakirə edilib. İki nazir işgüzar şam masasında da bir araya gəliblər.

Daha sonra Nalbandyan erməni patriarxının iqamətgahında olub. O, dindarlar qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub və deyib ki, bir neçə həftə əvvəl Azərbaycan və Ermənistan prezidentlərinın Moskvada imzaladığı bəyyanəmə böyük əhəmiyyət daşıyır.

XS
SM
MD
LG