Accessibility links

Pan Gi Munun Kosovo ilə bağlı son hesabatı açıqlanacaq


BMT Təhlükəsizlik Şurası günün sonunda bir araya gələrək baş katib Pan Gi Munun Kosovodakı situasiya ilə bağlı son hesabatını dinləyəcək. Bu həftənin əvvəlində cənab Pan BMT rəsmilərinə Avropa Birliyinin Kosovodakı polis və təhlükəsizlik əməliyyatlarının rolunun genişləndirilməsinə hazırlıq barədə tapşırıq vermişdi. Baş katib etiraf edib ki, Kosovo rəsmiləri birliyin qüvvələrinin yerləşdirilməsi ilə bağlı 6 müddəadan ibarət planı rədd edirlər. Lakin cənab Pan Kosovo rəhbərliyinin Avropa Birliyi missiyası ilə məsələ ilə əlaqədar əməkdaşlıq etmək istəyini alqışlayır. Kosovonun baş naziri Haşim Taçi dəfələrlə sənədi Kosovo üçün qəbuledilməz adlandıraraq, onu rədd edib.

XS
SM
MD
LG