Accessibility links

Barak Obama iqtisadi komandasına əlavə üzvlər təyin edir


Prezident seçilmiş Barak Obama iqtisadi komandasına əlavə üzvlər təyin edib. Cənab Obama Federal Ehtiyatlar İdarəsinin sabiq rəhbəri Pol Volkeri iqtisadi müşavirlər panelinə sədr təyin edib. Obama artıq administrasiyasında xidmət göstərəcək bir neçə şəxsin adını açıqlayıb. Bunlar arasında maliyyə naziri Timoti Geyner və Konqresin büdcə direktoru Peter Orszaq da var. Barak Obama yeni iqtisadi stimullaşdırma planını da elan edib. 500 milyard dollarlıq bu plana əsasən iki il müddətində 2.5 milyon yeni iş yeri açılmalıdır. Hakimiyyətdən getməyə hazırlaşan prezident Buş 800 milyard dollarlıq iqtisadi yardım planı təklif edib ki, bununla ipoteka və istehlakçı borclarının ödənişinə yardım edilməlidir.

XS
SM
MD
LG