Accessibility links

Hind toyuqlarının əfv mərasimi Ağ Evdə təşkil edilib


Sabah Amerika Birləşmiş Ştatlarında Şükran bayramı qeyd edilir. Artıq illərdir ənənə halını almış hind toyuqlarının əfv mərasimi Ağ Evdə təşkil edilib. Corc Buş Amerikanın hərbi qulluqcuları, müəllimləri, tibb işçiləri və yoxsullara yardım edən könüllülərə təşəkkür edib. O, ailəsi və onu bir prezident kimi xidmət göstərmək şərəfinə layiq görən Amerika xalqına minnətdarlığını bildirib. Prezident Buş tərəfindən əfv edilən hind toyuqları Şükran paradında iştirak etmək üçün Disneyə göndərilib. Bu ev quşları Ayova ştatında yetişdirilib.

XS
SM
MD
LG