Accessibility links

ABŞ-ın Kabildəki səfirliyi yaxınlığında intiharçı hücumu həyata keçirilib


ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildəki səfirliyi yaxınlığında həyata keçirilən və 4 əfqanının ölümü ilə nəticələnən kamikadze hücumu Amerikanın ölkədəki hərbi mövcudluğuna dair narahatlıqları daha da artırıb. Əfqanıstan prezidenti Həmid Karzai ABŞ-ın hava hucumlarını dayandırmaq istədiyini, lakin bunun iqtidarında olmadığını deyib. Əfqanıstanın dövlət başçısı Amerikanın hücumlarını NATO-nun baş katibi Yap De Hup Şxefferlə Kabil görüşü zamanı tənqid edib. Həmid Karzai beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması vaxtının müəyyən edilməsi çağırışlarını BMT-nin nümayəndə heyəti ilə müzakirələr zamanı da etmişdi. ABŞ dövlət katibi Kondoliza Rays isə bildirib ki, vaxt müəyyən edilməsinin müharibə ilə heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG