Accessibility links

Bu gün Amerikada Şükran bayramı qeyd edilir


Milyonlarla Amerikalı bu gün ənənəvi Şükran bayramını qeyd edir. ABŞ-da hər il noybarın dördüncü cümə axşamı qeyd olunan bayram Amerikanın ən böyük bayramlarından hesab olunur. Bayram naharında Amerikalılaradətən hind toyuğu, kartof, zoğal və balqabağ prioqu yeyir. Prezident Corc Buş bayramı Kemp Deyvid prezident iqamətgahında keçirəcək. Növbəti prezident Barak Obama isə Çikaqoda olacaq. Bayram naharından əlavə amerikalılar televizorda Nyu York şəhərində keçirilən Şükran paradına tamaşa edirlər.

XS
SM
MD
LG