Accessibility links

PKK yaraqlıları Türkiyənin cənub-şərqində polis yoxlama məntəqəsinə hücum edib


Türkiyə mediasının bildirdiyinə görə Türkiyənin Hatay vilayətində kürd üsyançıları iki polis işçisini qətlə yetirmiş, 4 nəfəri isə yaralamışlar . Media və polisin məlumatında deyilir ki, kürd yaraqlıları maşınla polis yoxlanış məntəqəsinə yaxınlaşmış və atəş açmışlar. Atəş ətrafdakı evləri də hədəf almış və nəticədə mülki vətəndaşlar xəsarət almışlar.

1984-cü ildən kürdlərin ölkənin cənub-şərq bölgələrinə muxtariyyat tələbinə görə qarşıdurmalar zamanı 37 minə qədər insan həlak olub.

XS
SM
MD
LG