Accessibility links

Oberoy-Trident otelinin nəzarəti ələ keçirilib


Hindistan təhlükəsizlik qüvvələri islamçı yaraqlıların Mumbay şəhərinə son hücumlarının qarşının alınmasında inkişafa nail olublar. Bu gün Hindistan xüsusi təyinatlı qüvvələrinin rəsmisi deyib ki, onlar içəridə iki yaraqlını öldürərək və çərşənbə günü hücumlar başlayandan bəri götürülən girovları azad edərək Oberoy-Trident mehmanxanasına nəzarəti ələ keçiriblər. Ancaq “Taj Mahal Palace” otelində və yəhudi qrupa məxsus binada qarşıdurma davam edir. Yaraqlıların hər iki məkanda insanları əsir götürdüyü ehtimal edilir. Çərşənbə günü axşamdan başlayaraq yaraqlı qruplar Mumbay şəhərində əlaqəli hücumlar həyata keçiriblər. Nəticədə 140 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Ölənlər arasında əcnəbilər və yüksək rütbəli polis məmurları da var.
XS
SM
MD
LG