Accessibility links

Dmitri Medvedev Fidel Kastro ilə görüş keçirir


Rusiya prezidenti Dmitri Medvedev bu gün Kubanın sabiq prezidenti Fidel Kastro ilə görüş keçirir. Residentin Kastro ilə görüşü Havanada Sovet əsgərinin məzarı üzərinə əklil qoyuluşundan sonra baş tutmalıdır. Dünən Dmitri Medvedev Kubanın hazırkı prezidenti Fidel Kastorunun qardaşı Raul Kastro ilə görüş keçirmişdi. Liderlər Kubanın müstəqilliyi uğrunda mubarizə aparan Xose Martinin monumenti və yenicə təsis edilən Rus Pravoslav kilsəsini ziyarət edib. Rusiya prezidentinin son dayanacağı Kuba olan Latın Amerikası səfərinə Venesuela, Braziliya və Peru daxil idi.

XS
SM
MD
LG