Accessibility links

ETTELAAT İran Azərbaycanında təhdidedici vərəqələr yayır


“Az Yasa Hüquq Cəmiyəti”nin bildirdiyinə görə, yerli azərbaycanlıların özəlliklə milli fəallarının ünvanlarına göndərilən bu vərəqələrdə, “qanunsuz etirazlar və yığıncaqlara” qatılmamaq barədə xəbərdarlıq edilir. Ettelaatın Xəbərləşmə Qərargahı adından göndərilən təhdid vərəqələrində “qanunsuz toplaşmaq” maddəsi üzrə ittiham olunan şəxslərın mövcüd qanunlar çərçivəsində cəzalandırılacağı bəyan edilir.
“Az Yasa Hüquq Cəmiyyəti” Ettelaatın vətəndaşların ünvanına hədələyici məktub göndərməsini qanunsuz hesab etdiyini bildirən bəyanatla çıxış edib. Cəmiyyətin bildirdiyinə görə, silahsız etiraz aksiyaları keçirmək və ya bu kimi aksiyalara qatılmaq vətəndaşların konstitusiyada təsbit olunmuş hüququdur və bu hüququ hər-hansı hökümət orqanı məhdudlaşdıra bilməz.

XS
SM
MD
LG