Accessibility links

İraqda cümə namazı zamanı bomba partlayıb


İraq polisi bildirir ki, Bağdadın cənubundakı şiə məscidinə intiharçının hücumu 9 adamın həlak olmasına və 15 nəfərin isə yaralanması ilə nəticələnib. Polis intiharçının partlayıçı maddəni cümə namazı vaxtı məsciddə yerləşdirdiyini bildirib. Həlak olanların arasında yaşlı bir qadın da var. Bu hücum Milli Məclisin Amerika hərbi qüvvələrinin daha 3 il müddətində İraqda qalması barədəki təhlükəsizlik paktını təsdiq etməsindən bir gün sonraya təsadüf edir. Bu arada radikal şiə ruhanisi Müqtəda Əl-Sədrin minlərlə tərəfdarı cümə namazından sonra, paktın təsdiqinə qarşı nümayiş təşkil edib. Əl-Sədrin İranda olduğuna inanılır. O, tərəfdarlarını pakta qarşı etiraz etməyə çağırıb.

XS
SM
MD
LG