Accessibility links

Rusiya prezidenti Kondoliza Raysın bəyanatından qane olduğunu deyib


Rusiya prezidenti Dmitri Medvedev ABŞ dövlət katibi Kondoliza Raysın bu həftənin əvvəlində Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı səsləndirdiyi bəyanatından qane olduğunu bildirib. Cənab Medvedev bu gün Kubanın paytaxtı Havanaya səfəri zamanı deyib ki, Birləşmiş Ştatların mövqeyi sağlam düşüncənin göstəricidir. Çərşənbə günü xanım Rays bildirmişdi ki, ABŞ keçmiş Sobet respublikaları olan Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təkid etməyəcək. O deyib ki, NATO-Gürcüstan və NATO-Ukrayna komissiyaları ilə danışıqları intensivləşdirə bilərlər. Gələn həftə Brüsseldə NATO nazirlərinin iclası keçiriləcək.

XS
SM
MD
LG