Accessibility links

Əfqanıstanda 45 talibançı öldürüldü


Əfqan rəsmilərinin məlumatına görə, NATO və Əfqan quvvələrinini ölkənin cənub istiqamətində apardığı əməliyyatlar nəticəsində 45 Taliban döyüşçüsü öldürülüb.

Rəsmilər deyir ki, qiyamçıların 12-si Qəndaharda aparılan əməliyyatlarda öldürülüb, qalan 33 nəfəri isə Helmand vilayətində atəşə tutulub. Öldürülən yaraqlıların ABŞ və Əfqan qüvvələrinə qarşı əməliyyat hazırladığı aşkarlanıb.

Cümə günü Əfqan ordusunun rəsmi paltarını geymiş naməlum silahlı şəxslər keçmiş sözçü Məhəmməd Hənifi Əfqanıstanın şərqindəki iqamətgahında öldürüblər. 2007-ci ildə Əfqan hökuməti Hənifi tutmuş, lakin bu ilin əvvəllərində onu həbsdən azad etmişdi.

XS
SM
MD
LG