Accessibility links

Gürcüstan AB-ni Rusiyaya az güzəştə getməyə çağırıb


Gürcüstan prezidenti Mixeyl Saakaşvili Avropa Birliyinin qarşıda baş tutacaq iqtisadi və siyasi əməkdaşlıq danışıqlarında Rusiyaya çox məsələdə güzəştə getməməyə çağırıb. Cənab Saakaşvilinin olkəsi 4 ay əvvəl Rusiyanın hərbi müdaxiləsi zamanı dəyən zərəri aradan qaldırmağa çalışır. Prezident Almaniyanın gündəlik “DerTaqespigel” qəzetinə verdiyi müsahibəsində deyib ki, keşmiş Sovet blokuna daxil olan ölkələr Avropa Birliyinin Moskva ilə danışıqlarını bərpa etməsini diqqətlə izləyəcək. Danışıqlar 10 illik Rusiya-Avropa Birliyi tərəfdaşlıq sazişinin yenilənməsi məqsədi ilə keçiriləcək. Avropa Rusiyanın işğalı səbəbilə danışıqları avqust ayında dondurmuşdu.

XS
SM
MD
LG