Accessibility links

Liviya gəmisi geri qaytarıldı


İsrail hərbi dəniz qüvvələri Qəzza Zolağına humanitar yardım aparan Liviyaya məxsus gəminin geri qayıtmasını tələb edib. Rəsmilər deyir ki, İsrail donanması tərəfindən saxlanılan zaman Əl-Mərvə gəmisinin təxminən 3 min ton yardım daşıdığı aşkar olunub. İsrail tərəfindən verilən məlumata görə, gəmiyə geri dönməsi tələb olunduğu vaxt heç bir əks reaksiya ilə qarşılaşmayıb. Fələstinli rəsmilər gəminin hazırda Misirin Əl-Ariş limanına istiqamət aldığını bildirir. Keçən il Həmasın zorakılıqları səbəbilə Qəzzanın İsrail və Misirlə sərhədləri bağlanıb.

XS
SM
MD
LG