Accessibility links

Pakistan Hindistanla birgə təhqiqat aparılmasını təklif edib


Pakistan Mumbayda həyata keçirilən terror hücumları ilə əlqədar Hindistanla birgə təhqiqat aparmağı təklif edib. Hindistan terror hücumlarında şübhəli bilinən 20-dən çox insanın Pakistanda yaşadığına inanır və onların təhvil verilməsini tələb edir. Pakistanın xarici işlər naziri Mahmud Qureşi bu gün deyib ki, İslamabad Hindistanla yaxşı münasibətlərin tərəfdarıdır. Lakin o, 1993-cü ildə 250 nəfərin ölümü ilə nəticələnən bomba hücumuna başçılıq edən Davud İbrahim də daxil edilməklə, şübhəlilərın təhvil verilməsinə dair Hindistanın tələbinə cavab verməyib. Pakistanın informasiya naziri Şeri Rəhman isə onun ölkəsinin Hindistanın müraciətinə cavab hazırladığını deyib.

XS
SM
MD
LG