Accessibility links

NATO-nun xarici işlər nazirləri Brüsseldə yığıncaq keçirir


NATO-nun xarici işlər nazirləri bu gün və sabah Brüsseldə yığıncaq keçirib, Gürcüstan və Ukraynanın quruma namizədliyi məsələsini müzakirə edir. Görüş zamanı Demokratik Konqo Respublikasına qüvvələr göndərilməsi məsələsi də gündəmə gətirilməlidir. Gürcüstan və Ukraynanın NATO üzvlüyünə nazmizədliyi üzvlər arasında parçalanmaya görə çətin vəziyyət alıb. Buş adminisrasiyası keçən həftə bu iki ölkənin NATO-ya üzlüyü prosesinin sürətləndiirlməsinə çağırsa da, nə Gürcüstan nə də ki, Ukraynanın quruma üzvlüyə hazır olğunu bildirmişdi.

Bu ilin əvvəllərində Gürcüstan və Ukraynaya NATO-ya üzvlük barədə təminat verilmişdi. Üzvlük haqda fəaliyyət planı barədə suallar da qaldırılıb. Fransa və Almaniya Birləşmə Xəritəsi adlandırılan bu planın Rusiyanı qəzəbləndirəcəyindən ehtiyat edir. Belə ki, Rusiya bu ölkələrin NATO-ya qoşulmasının əleyhinə çıxış edir. Avropa Şurasının Xarici Əlaqərlər Şöbəsinin əməkdaşı Daniel Korski hesab edir ki, nazirlər bu görüşün sonunda kompromizə gələ bilərlər. Lakin o, bu kompromizin baş tutmaya biləcəyini də deyir.

XS
SM
MD
LG