Accessibility links

Rusiyanın Karib dənizində Venesuela ilə birgə təlimləri başa çatıb


Rusiya Karib dənizində Venesuela ilə birgə təlimlərin başa çatdırdığı bildirib. Rusiyanın rəsmi İTAR-TASS agentlyinin verdiyi məlumata görə, bazar günü başlamış manevrlər müvəffəq olub.Agentlik Rusiya hərbi dəniz qüvvələrinin rəsmisinə istinadən məlumat verib ki, iki ölkə birgə taktiki hərəkət keçirib, raket-əleyhinə müdafiə, habelə gəmilərin aşkar edilib saxlanması yollarını məşq edib. Rusiya və Venesuela bildirib ki, “VenRus 2008” təlimləri terrorizm və narkotik maddələr alverinə qarşı mübarizə məqsədilə keçirilib.

İTAR-TASS-ın verdiyi məlumata əsasən, Rusiyanın hərbi dəniz qüvvələri təlimləri nəzərdən keçirəcək və iki ölkə arasında gələcəkdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi üzərində işləyəcək. ABŞ Dövlət Departamenti Birləşmiş Ştatların təlimləri yaxından izlədiyini bildirib, lakin manevrlərin ABŞ-ın regionda nüfuzunu təhlükə altına ala biləcəyi fikrini əhəmiyyətsiz qoyub.

XS
SM
MD
LG