Accessibility links

Rusiya ilə Gürcüstan arasında hərbi münaqişənin səbəbləri araşdırılır


Rusiya və Gürcüstan arasında hərbi münaqişənin səbəblərini araşdırmaq üçün Avropa Birliyinin təhqiqat qrupuna rəhbər təyin etdiyi İsveçrə diplomatı bildirib ki, o aparılacaq təhqiqatla bağlı məlumatları bu ayın sonu açıqlayacaq. BMT-nin Gürcüstan üzrə nümayəndəsi olmuş Heydi Taqliavini deyib ki, o, təhqiqat komandasını yanvar ayının 1-nə qədər toplayacaq.

Avropa Birliyi formal olaraq təhqiqata çərşənbə axşamı günü başlayıb.

Birliyin rəsmiləri bildiriblər ki, 10 nəfər hərbi və insan haqları sahəsində ekspert, habelə hüquqşünasdan ibarət qrup beş gün sürən münaqişə ətrafında faktların araşdırılmasına kömək edəcək.

XS
SM
MD
LG