Accessibility links

ABŞ dövlət katibi Kondoliza Rays rəsmi səfərlə Hİndistandadır


ABŞ dövlət katibi Kondoliza Rays Pakistanı keçən həftə Mumbaydakı terror aksiyalarının istintaqında təcili və həlledici addımlar atmağa çağırıb. Dehliyə səfəri zamanı xanım Rays ölkələr arasında artmaqda olan gərginliklərin aradan qaldırılması məqsədi ilə müzakirələr keçirir. ABŞ dövlət katibi deyib ki, terror aksiyaları Əl-Qaidə tərəfindən həyata keçirilən terror hücumlarını xatırladır. Lakin o, bu hücumda Əl-Qaidənin əli olub-olmadığının məlum olmadığını deyib. Sabah Kondoliza Rays Pakistana səfər eəcək.

XS
SM
MD
LG