Accessibility links

Təbrizdə vəkil Həmid Valainin məhkəmə işi başlayıb


Təbrizin İslam İnqilab Məhkəməsi azərbaycanlı vəkil Həmid Valainin işinin araşdırılmasına başlayır.

Cənab Valainin vəkili Nağı Mahmudi “Savalan Səsi” xəbər səhifəsinə açıqlamasında bildirib ki, onun müvəkkili rəsmi olaraq İran Cinayət Məcəlləsinin“Dövlətçiliyə qarşı anti -təbliğat” maddəsi ilə ittiham olunur və Təbrizin İslam İnqılabı Məhkəməsinin 2-ci şöbəsində bununla bağlı iddialara baxılır.

Həmid Valai ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirir.

Cənab Valainin hüquq fakultəsini bitirməsinə baxmayaraq, müxtəlif mənbələrdən bildirilir ki, siyasi baxışlarına görə Ettelaat onun vəkil kimi çalışmasına maneçilik törədir.

O, bir müddət öncə Təbriz Ettelaatı tərəfindən həbs olunaraq, 2 həftə Ettelaatın qapalı təcridxanada saxlanmışdı. Həmid Valai zaminə buraxıldıqdan sonra, saxlandığı müddətdə ona ağır işgəncələr verildiyi, dişlərinin və ayağının sındırıldığına dair açıq şikayətlə İran rəsmilərinə müraciət ünvanlamışdı.

XS
SM
MD
LG