Accessibility links

Misrin "Müsəlman Qardaşları" təşkilatının onlarla üzvü həbs edilib


Misrin müxalifətdəki "Musəlman Qardaşları" təşkilatının bildirdiyinə görə, təşkilatın onlarla üzvü hökumət tərəfindən həbs edilib. Bu gün polis tərəfindən İskəndəriyyə, İsmailiyyə və təşkilat üzvlərinin yaşadıqları digər şəhərlərdəki evlərində reyd keçirildiyi bildirilir. "Müsəlman Qardaşları" təşkilatının və polisin məlumatına görə 45-lə 60 nəfər arasında adam həbs edilmişdir. Bunlarla yanaşı xəbər verilir ki, Misirdə Həmasın nəzarəti altındakı Qəzza Zolağındakı fələstinliləri dəstəkləmək məqsədi ilə nümayişlərə hazırlıq gedir. Buna görə də Misir Fələstinlə sərhədlərini bağlı saxlayır. İsrail də son zamanlar fələstinlilərin onun ərazilərinə raket hücumlarını artırdığına görə, Fələstin ərazilərini blokadaya alıb.

XS
SM
MD
LG